Bolqarıstan Xalq Respublikasının ordeni From Wikipedia, the free encyclopedia
Georgi Dimitrov ordeni (bolq. Орден Георги Димитров) 17 iyun 1950-ci ildə təsis edilmiş Bolqarıstan Respublikasının ali mükafatıdır.
"Georgi Dimitrov" ordeni | |
---|---|
Орден Георги Димитров | |
|
|
Ölkə |
|
Tip | orden |
Statistika | |
Təsis tarixi | 17 iyun 1950 |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Milli Məclis Rəyasət Heyətinin 17 iyun 1950-ci il tarixli fərmanı ilə yaradılmışdır.[1][2] İlk təltif edilmə mərasimi 17 iyun 1950-ci ildə, təsis edildiyi gün baş tutdu və orden 1950-1956-cı illərdə Bolqarıstanın Baş naziri olmuş Valko Çervenkova layiq görüldü. Mükafat müharibələrarası və müharibədən sonrakı illərin görkəmli bolqar kommunisti Georgi Dimitrovun şərəfinə adlandırılıb.
Bolqarıstanın müdafiəsi və azadlığı sahəsində görkəmli xidmətlərinə və ya sosializmə verdiyi töhfələrə görə bolqarlara və əcnəbilər təltif edilir. Orden həmçinin avtomatik olaraq Bolqarıstan Xalq Respublikası Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanı adlarını alanlara verilirdi. Orden ilə ümumilikdə 4500-ə yaxın insan təltif edilb.
Orden SSRİ-nin ən yüksək ordeni olan Lenin ordeni ilə modelləşdirilmişdir və bütün digər sosialist ölkələrinin ali ordenləri ilə müqayisədə onunla ən çox oxşarlıqlara malikdir. Ordenin aşağı hissəsində GEORGI DIMITROV yazısı olan qırmızı minalı lent və hər iki tərəfində buğda sünbülləri, yuxarı hissəsində qırmızı minalı kiçik beşguşəli ulduz, aşağı hissəsində isə qırmızı minalı oraq və çəkic vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.